FameLab Azərbaycan
2016-cı il müsabiqəsi üçün müraciətlərə
start verildi.
MÜRACİƏT EDİN

ŞÖHRƏT LABORATORİYASI NƏDİR?

Şöhrət Laboratoriyası elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışmasıdır.

İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.

Şöhrət Laboratoriyasının məqsədi nədir?

Şöhrət Laboratoriyasının məqsədi gənc alimlərə dəstək verməkdir ki, onlar da öz növbələrində geniş kütləni XI əsrin elmi nəaliyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər. Biz televiziya vasitəsilə elmə aidiyyatı olmayan, tamaşaçı kütləsinə öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan Azərbaycan elminin yeni simalarının axtarışındayıq.

Mənim seçilməyə hüququm varmı?

Seçimdə sizə münsiflər heyətini elmi cəhətdən dəqiq, əyləncəli, orijinal və həmçinin elmə aidiyyatı olmayan dinləyicilərə ünvanlanan çıxış ilə valeh etməyə 3 dəqiqə veriləcək. Siz 18-35 yaş arası olmalı və elm sahəsində işləməlisiniz. Bura həm şəxsi, həm də ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis və yaxud riyaziyyat sahələrində çalışan şəxslər daxildir. Müsabiqənin məqsədi elm ilə məşğul olan şəxslərə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaratmaqdır.

Müsabiqəyə necə daxil ola bilərəm?

Siz saytımızı izləməklə FameLab barədə bütün yeniliklərdən xəbərdar ola bilərsiniz. Belə ki, hər il müsabiqə üçün müraciət müddəti və tarixləri müxtəlif olur. Siz hər il qeydiyyat başladıqdan sonra saytımızın müraciət bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Müraciətiniz qəbul olunduqdan sonra müsabiqənin Yarım Final mərhələsində iştirak etmək üçün seçildiyiniz təqdirdə sizə məlumat veriləcəkdir.

Müsabiqədə nə baş verəcək?

• Yarım-finalda münsiflər heyətini valeh etmək üçün sizə maksimum 3 dəqiqə veriləcək. Onları geniş dinləyici kütləsinin anlaya biləcək həyacanlandırıcı və mövzuya aid olan çıxışlar maraqlandırır.
• Minimum köməkçi vasitələrdən istifadəyə icazə verilir, lakin vaxtın seçilməsinə ya da köməkçinin iştirakına icazə verilmir.
• Power Point proqramının istifadəsinə icazə verilmir.
• Təqdimat auditoriya qarşısında ediləcək.
• Münsiflər heyəti hər təqdimatdan sonra sizə suallar verə biləcək və sizin çıxışınız barəsində fikirlərini bildirəcəklər.
• Seçim mərhələsinin nəticəsində 10 nəfər finalçı sonuncu mərhələdə iştirak etməyə dəvət olunacaq. Finalda sizdən müasir elmi mövzuda və əvvəlki çıxışınızdan fərqli olan 5 dəqiqəlik təqdimat etməyiniz istəniləcək. Münsiflər heyəti təqdimat barəsində sual verəcək və fikirlərini bildirəcəklər.
• Finalda ən yaxşı performans nümayiş etdirərək qalib seçilən iştirakçı Azərbaycanı Çeltenham, İngiltərədə keçirilən FameLab Beynəlxalq müsabiqəsində təmsil etmək hüququ qazanır.

Mən nə qazanıram?

• Yarışda iştirak edən hər kəs sertifikat və əməkdaşımızdan hədiyyə alacaq.
• 10 finalçı sponsorumuzdan hədiyyə və ustad dərslərində iştirak imkanı qazanacaq. Siz danışıq və təqdim etmə bacarığınızı inkişaf etdirmək üçün Böyük Britaniyadan gələcək alim və media nümayəndəsi ilə birgə işləyəcəksiniz.
• Münsiflər heyəti tərəfindən seçiləcək finalist Böyük Britaniyada keçiriləcək Çeltenham Elm Festivalında iştirak edəcək.
• Münsiflər heyəti tərəfindən seçiləcək ikinci və üçüncü yerin sahibləri sponsorumuzdan hədiyyələr qazanacaq.
• Finalda auditoriya mükafatı da mövcuddur.